• Ətli əriştə resepti

Reseptin məlumatları Baxış sayı: 21 802

Tarix : 9-03-2016, 13:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Can əti – 300 q
Baş soğan – 2 ədəd
Un – 100 q
Alça – 3-4 ədəd
Kərə yağı – 150 q
Zəfəran – 2-3 q
Duz, istiot

Hazırlanması:
1.Tikələrə bölünmüş ət bir baş soğanla ətçəkən maşınından keçirilir.
2.Ət qarışığına duz, istiot və 50 q un əlavə edilib qarışdırılır.
3.Ət farşı kiçik porsiyalara bölünüb una batırılır və samanvari formaya salınır.
4.Duz əlavə olunmuş su qazanda qaynadılır.
5.Baş soğan sürtgəcdən keçirilir və 100 q yağda qızardılır, zəfəran əlavə olunur.
6.Qaynayan suya ət küftəcikləri və qızarmış zəfəranlı soğan əlavə edilir.
7.Ət bişənə yaxın alça, duz və istiot əlavə olunur.
8.Hazır şorbanın üzərinə quru nanə səpilir.

Nuş olsun!
Etiketlər: əlavə, soğan, istiot, olunur, keçirilir, zəfəran, Qaynayan, yağda, qaynadılır, sürtgəcdən, küftəcikləri, qızardılır, zəfəranlı, Hazır, şorbanın, üzərinə, yaxın, bişənə, səpilir, qazanda
BİZİ İZLƏYİN