• Çox ləzzətli qarox şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 38 943

Tarix : 2-11-2015, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr qoyun və ya mal əti
4 x/q quru qarox
4 pomidor və ya 1x/q tomat
2 baş soğan
2 alma
8 ədəd albuxara
2 x/q ərinmiş yağ
5 s/t su
duz, istiot və zövqə görə darçın

Hazırlanması:
5 st suda Ət qaynadılır, duz vurulur. sonra yağda qızardılır və üzərinə çox xırda doğranmış soğan əlavə edilərək qovrulur.

qovrulmuş soğanlı ətin üzərinə pomidor və ya tomat vurulur. biraz tovlanandan sonra kubik şəklində doğranmış almalar əlavə edilir.
sonra ətin suyunda qarox pişirilir, albuxara əlavə olunur. qovurduğumuz ətli qarışımı qaroxlu şorbaya əlavə edirik 15dq pişiririk, zövqə görə ədviyatlar vurulur.

Nuş olsun!
Etiketlər: əlavə, vurulur, sonra, zövqə, doğranmış, pomidor, tomat, üzərinə, soğan, albuxara, qarox, olunur, edilir, şəklində, almalar, suyunda, pişirilir, qaroxlu, pişiririk, ədviyatlar
BİZİ İZLƏYİN