• Şəhriyəli quzu şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 587

Tarix : 17-02-2016, 21:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
250 q kiçik-kiçik doğranmış quzu əti,
1 ədəd quru soğan,
1 ədəd kök,
1 ədəd kərəviz,
1 ədəd kartof,
1 ədəd şalgam,
1 çay stəkanı arpa şəhriyə,
1 stəkan incə doğranmış kələm,
1 ədəd yumurta,
3 diş sarımsaq,
1 ədəd dəfnə yarpağı,
1 ədəd
limonun suyu,
½ dəstə cəfəri
1 çay qaşığı duz,
istiot,
pul bibər,
7 stəkan su,

Hazırlanması:
Ətləri təmiz-təmiz yuyun.
Aşsüzənə yığın ki, suyunu çəksin.
Sonra ətləri kiçik-kiçik doğrayın.
Ətləri bir qazana yığın və üzərinə 7 stəkan su əlavə edin.
Ətlər tamamən ymşalana qədər bişirin.
Ətlər bişən zaman üzərinə yığılan köpüklərini ara-sıra alın.
Bütün tərəvəzləri küp-küp doğrayaraq bişən ətin içinə atın.
Tərəvəzlər bişənə qədər ətlə birlikdə qaynadın.
Şəhriyəni ayırtlayın və ədviyyatlarla birlikdə ətə əlavə edin.
Cəfərini yuyun .
Narın -narın doğrayın.
Doğranmış cəfərini də ətin üzərinə əlavə edin.
Yumurta və limonu yuyun.
Limonun suyunu sıxın.
Ayrı bir kasada yumurtaya limonu da qataraq yaxşı -yaxşı çırpın.
Çırptıqdan sonra şorbadan bir az əlavə edərək azca qızdırın və yenidən şorbaya əlavə edin.
Sarımsaqları soyub kiçik-kiçik doğrayın.
Kərə yağında bir az qovurun.
Sarımsaqlı kərə yağını qızarmış çörəklərin üzərinə yayın.
Şorbanın yanında servis edin.

Nuş olsun!
Etiketlər: kiçik, əlavə, üzərinə, yuyun, stəkan, doğrayın, yaxşı, bişən, doğranmış, Ətlər, qədər, limonu, təmiz, birlikdə, Ətləri, suyunu, yığın, yumurtaya, qataraq, Limonun
BİZİ İZLƏYİN