• Xaş resepti

Reseptin məlumatları Baxış sayı: 131 916

Tarix : 12-11-2015, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Malın ön ayaq dırnaqları
Mal quyruğu (istəyə görə)
Duz
Dəfnə yarpağı
İstiot (əzilməmiş)
Sarımsaq
Narşərab
Turşu
Göyərti

Hazırlanması:
Xaş hazırlamaq üçün malın ayaq dırnaqları təmizlənir. Bunun üçün dırnaqlar tüklərinin təmizlənməsi üçün oda tutulur və tüklər ütülür.

Bundan sonra bıçaq vasitəsi ilə qaşınaraq artıq qalıntılar təmizlənir. Tükü ütülüb təmizlənmiş dırnaqlar bol su ilə yuyulur.

İstənməyən iylərdən qurtarmaq üçün:
Bundan sonra minalı qazan götürülür, təmizlənən mal dırnaqları bu qazana qoyulur, üzərinə bol su əlavə edilir. Bu qazanda dırnaqlar bir gün gözlədilir. Soyuq bir yerdə gözlətmək məsləhət görülür. Suyu vaxtaşırı təmizləmək lazımdır. Su dəyişdikcə həm də dırnaqlarda ütmə əsnasında meydana gələn iy də çəkilmiş olar.

Yumaq üçün axar sudan bol istifadə etmək lazımdır.

İstənməyən iylərdən qurtarmaq üçün başqa vasitə

Dırnaqlarda və quyruqda olan istənməyən qurtarmanın ikinci ve tez başa gələn üsulu olaraq, təmiz dırnaqları və quyruq parçalarını biraz duzsuz suda qaynatmaq olar. Bu zaman suyun üzərində kəf olarsa, onu da təmizləyib atmaq lazımdır.

Bundan sonra dırnaqları sürətli bir şəkildə soyuması üçün soyuq suya salırıq. Dırnaqlar soyuduqdan sonra doğramağa başlayırıq. Xaş bişirmək üçün mal dırnaqlarını doğrayarkən baltadan istifadə etməməyə çalışmaq lazımdır. çünki bu zaman həm sümük qırıqları ətə qarışır, həm də ilik dağılır.

Bunun üçün mümkündürsə sümük kəsmək üçün olan mişardan istifadə etmək lazımdır. Mişarla sümüklər doğranır, Oynaqlar isə bıçaq vasitəsi ilə ayrılır.

Doğranan mal dırnaqları və quyruq parçaları, xaş bişiriləcək qazana qoyulur. Sonra dırnaqların üzərinə su əlavə edilir. Su dırnaqların üzərinə təqribən 1-20 sm çıxmalıdır. Bundan sonra xaş vam odda qaynadılmağa başlayır.

Xörək qaydadıqca, suyun üzərinə toplanan kəf yığılmalıdır.

Bəzən xaşın içərisinə doğranmamış baş soğan əlavə edilir. Bu zaman kəf daha yaxşı toplanır. Xaş suyunun daha şəffaf olması üçün isə bəzən suya kök əlavə edilir.

Ancaq xaş biraz bişdikdən sonra kök və soğanı çıxartmaq lazımdır. Çünki əzilib yeməyə qarışır.

Xaş təqribən ən az 5-6 saat qaynamalıdır.

Xaş bişənə yaxın içərisinə duz, əzilməmiş istiot, dəfnə yarpağı vurulur.

Bişmiş xaşda, ət sümükdən tamamən ayrılmalıdır.

Bu zaman əmələ gələn bulyon qızılı rəngdə və yağlı olur.

Xaşın yanında süfrəyə sirkə, sarımsaq, narşərab, turşu, göyərti verilir.

Nuş olsun!
Etiketlər: qaynamalıdır, lazımdır, sonra, dırnaqları, Bundan, edilir, zaman, üzərinə, əlavə, gələn, istifadə, dırnaqlar, quyruq, İstənməyən, qoyulur, bıçaq, vasitəsi, suyun, iylərdən, yarpağı, əzilməmiş
BİZİ İZLƏYİN