• Kələmli lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 297

Tarix : 17-11-2015, 18:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
4 l ət bulyonu (adi suda da bişirmək olar)
1,5 st. ağ xırda lobya
1,5-litrlik bankada duzlu kələm
150 q çili kolbasası
1 iri yerkökü
1 iri baş soğan
3-4 x.q. tomat pastası
3-4 diş sarımsaq
bitki yağı
duz
istiot
paprika
dəfnə yarpağı
şüyüd və cəfəri qurusu

Hazırlanması:
Lobyanı 1 gecə isladın.
Bulyonu ocağa qoyun. Qaynayanda lobyanı əlavə edin.
Kələmin suyunu sıxın (atmayın), bitki yağında iti odda 10 dəqiqə qovurun, sonra bankadakı mayeni, ədviyyatı, sarımsağı əlavə edin, qazanın qapağını örtüb orta itilikli odda 30 dəqiqə bişirin. Arada qarışdırın.
Soğanla yerkökünü ayrı tavada qovurub əlavə edin.
Tomat pastasını yağda qovurun, kələm hazır olandan 5 dəqiqə əvvəl əlavə edin.
Kələmi və doğranmış çili kolbasalarını lobyanın qaynadığı qazana əlavə edib daha 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bişirin, bitki, kələm, qovurun, sonra, itilikli, Arada, qarışdırın, örtüb, qapağını, ədviyyatı, mayeni, Soğanla, sarımsağı, qazanın, bankadakı, tavada, kolbasalarını
BİZİ İZLƏYİN