• Keşyu ilə qarğıdalı şorbası reseepti

Reseptin məlumatları Baxış sayı: 13 660

Tarix : 31-03-2016, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 x.q. kokos yağı (ya da sadəcə ərinmiş kərə yağı)
2 baş soğan
6 diş sarımsaq
2 ç.q. duz
1 ç.q. zirə
2 ç.q. sarıkök
kayen istiotu (zövqə görə)
3 qarğıdalı
4 fincan tərəvəz bulyonu
0,5 fincan keşyu (4 saat, yaxud 1 gecə soyuq suda isladın)

Hazırlanması:
Yağı qazanda qızdırın, zirə və istiot vurub qarışdırın, 1 dəqiqə, qoxusu çıxanadək bişirin.

Duz, doğranmış soğan əlavə edin, 5 dəqiqə qovurun, xırda doğranmış sarımsaq əlavə edin. Əgər tərəvəz yağın hamısını canına çəkərsə, o zaman azca bulyon əlavə edin ki, dibinə yapışmasın.

Qarğıdalını dənələyib qazana əlavə edin, qarışdırıb, 5 dəqiqə bişirin, bulyonun qalanını töküb qaynara düşəndən sonra daha 5-10 dəqiqə bişirin.

Şorbanı ocaqdan götürüb keşyu əlavə edin, blenderlə eynicinsli kütlə alınanadək xırdalayın. Hətta qarğıdalının qabığı qalmasın deyə ələkdən də keçirə bilərsiniz.

Çox qatı alınarsa, su əlavə edin.

Süfrəyə bu şorba keşniş sousu, qara istiot və zeytun yağı ilə verilir.

Keşniş sousu:
0,5 fincan isladılmış keşyu
1 fincan doğranmış keşniş
0,5 fincan su
1 x.q. bal
1 ç.q. duz
1 çimdik kayen istiotu
1-2 diş sarımsaq

Hamısını blenderdə xırdalayın.

Nuş olsun!
Etiketlər: əlavə, fincan, dəqiqə, doğranmış, bişirin, keşyu, sarımsaq, kayen, istiot, xırdalayın, sousu, soğan, keşniş, istiotu, tərəvəz, Hətta, Şorbanı, qarğıdalının, qaynara, ocaqdan
BİZİ İZLƏYİN