• Toyuq küftəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 064

Tarix : 1-03-2016, 11:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 soğan
2 yerkökü
2-3 kartof
100 q dondurulmuş (yaxud konserv) tərəvəz (qarğıdalı, göy noxud, lobya)
300 q toyuq qiyməsi
cəfəri
istiot
duz

Hazırlanması:
Soğanı sürtgəcin xırda gözündən keçirin, yerkökünü saman kimi doğrayın. Qalın dibli tavada öncə soğanı, sonra yerkökünü qovurun.

Qazana yığın, üzərinə 500 ml su töküb 10 dəqiqə qaynadın.

Kartofu iri doğrayın. Qazana tökün, su əlavə edib daha 10 dəqiqə qaynadın.

Tərəvəzi (qarğıdalı, göy noxud, lobya) əlavə edin.

Toyuq qiyməsini xırda doğranmış cəfəri və ədviyyatla qarışdırın.

Şorba qaynara düşəndə əlinizi isladaraq qiymədən küftələr tutub əlavə edin, duz-istiot, ədviyyat əlavə edib daha 7 dəqiqə qaynadın.

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT

Toyuq küftəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qaynadın, xırda, doğrayın, cəfəri, istiot, lobya, yerkökünü, noxud, Qazana, qarğıdalı, töküb, qiyməsini, Toyuq, Kartofu, Tərəvəzi, tökün, doğranmış, şorbalarınızda
BİZİ İZLƏYİN