• Küftə-bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 15 083

Tarix : 5-12-2015, 14:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq ət
4 soğan
100 q düyü
200 q kərə yağı
1 yumurta
1 st. noxud
4 kartof
1 x.q. tomat
sarıkök
duz, istiot

Hazırlanması:
Gecədən isladılmış noxudu yarıbişmiş olanadək bişirin. Parça ətləri qazana yığıb, üzərinə 1 litr su töküb tam bişənə kimi qaynadın. Həmin müddətdə küftələri hazırlayın. Bunun üçün əti çəkib üzərinə xırdalanmış soğan, düyü, yumurta, duz və istiot vurub yaxşı-yaxşı qarışdırın. Parça ətlər bişdikdən sonra qiyməni 5-6 yerə bölüb, küftələr hazırlayın.

Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin. Düzəltdiyiniz küftələri bir-bir qazana salın. Vam odda bişirin. Bir az qaynadıqdan sonra üzərinə yığılan kəfi yığın, bulyon şəffaf olmalıdır. Küftəni qazana saldıqdan təxminən 20 dəqiqə sonra yarıbişmiş noxudu və soyulmuş kartofu da əlavə edin. Daha 30 dəqiqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda tomat pastasını üzərinə əlavə edib 15 dəqiqə də bişirin. Küftə-bozbaş hazırdır, üzərinə zövqə görə istənilən göyərtidən səpmək olar.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, küftələri, qazana, bişirin, Parça, dəqiqə, tomat, yaxşı, soğan, yumurta, yarıbişmiş, hazırlayın, istiot, əlavə, noxudu, təxminən, salın, soyulmuş, saldıqdan
BİZİ İZLƏYİN