• Pendirli brokkoli şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 810

Tarix : 29-03-2016, 10:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 q brokkoli
1 x.q. kərə yağı
1 dolu x.q. un
1 st. süd
2 st. su
2 x.q. sürtgəcdən keçirilmiş holland pendiri
duz, istiot, pul bibər

Hazırlanması:
Buxarlı qazanda çiçəklərinə ayırdığınız brokkolini 5 dəqiqə bişirin. Sonra blenderə yığın. Bişdiyi sudan 0,5 st. da üzərinə töküb blenderdən keçirin.

Kərə yağını qazanda qızdırın, un əlavə edin, unun rəngi dəyişəndə daim qarışdıraraq süd və su əlavə edin. Brokkoli püresini, duz və istiotu əlavə edin. 1-2 buğum qaynadıqdan sonra ocaqdan götürün. Boşqablara çəkin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Suda bişmiş brokkoli və pulbibərlə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, qazanda, holland, pendiri, keçirilmiş, sürtgəcdən, brokkoli, istiotu, buğum, püresini, qaynadıqdan, dəyişəndə, rəngi, sonra, qarışdıraraq, Brokkoli, Üzərinə, pulbibərlə, bəzəyin, olsun
BİZİ İZLƏYİN