• Ovdux - doğramac resepti

Reseptin məlumatları Baxış sayı: 16 971

Tarix : 10-06-2016, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
108 qram sümüksüz ət
200 qram qatıq,
100 qram təzə xiyar,
40 qram göy soğan,
5 qram keşniş,
10 qram şüyüd,
20 qram yumurta,
duz zövqə görə

Hazırlanması:
Bunun üçün Qatıq əvvəlcədən qaynadılıb soyudulmuş suda açılır. Sonra bol suda təmiz yuyulan xiyar soyulub dilimlənir. Ət ayrı bir qazanda bişirilib soyudulur və 10-15 q-lıq tikələr şəklində doğranır.

Yumurta da suda bişirilib soyudulur və dilimlənir.

Keşniş, şüyüd və soğan çərtilir. Bunlar su qatılmış qatıqla qarışdırılır, içinə duz vurulub soyuducuya yerləşdirilir. Ovdux soyuq halda süfrəyə verilir.

Ovdux ətsiz də hazırlana bilər.

Nuş olsun!
Etiketlər: dilimlənir, bişirilib, Ovdux, şüyüd, soyudulur, xiyar, soğan, qarışdırılır, vurulub, qatıqla, içinə, qatılmış, Keşniş, çərtilir, Bunlar, soyuducuya, sümüksüz, ətsiz, hazırlana, bilərsə
BİZİ İZLƏYİN