• Parça bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 17 788

Tarix : 14-06-2016, 09:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
163 qram qoyun əti,
15 qram qoyun quyruğu
100 qram kartof,
30 qram noxud,
25 qram şabalıd,
20 qram təzə yaxud 10 qram quru alça, və ya pomidor (mövsümündən asılı olaraq)
20 qram heyva,
20 qram baş soğan,
12 qram şüyüd,
0,1 qram sarı kök yaxud zəfəran,
0,1 qram nanə qurusu,
2 qram sumax,
duz (zövqə görə)
istiot (zövqə görə)

Hazırlanması:
PARÇA BOZBAŞ da PİTİ kimi hazırlanır. Ancaq bəzi incəlikləri Pitidən fərqlidir. Belə ki, Parça Bozbaş hər payı ayrı-ayrı qabda deyil, bir neçə payı bir ümumi qabda bişirilir.

Parça bozbaş bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən tikələr götürülür Hər bölgədən hər biri təqribən 60-80 qram ağırlığında 2-3 tikə ət götürülür.

Parça Bozbaş bişirərkən əvvəlcədən noxud suda yumşalması üçün isladılır. Noxud ən azı 3-4 saat suda gözlədilməlidir. Noxud 3-4 saat suda gözlədilir. Bundan sonra isladılmış noxud və ət üzərinə soyuq su əlavə edilərək bişirilir. Xörəyi bişirərkən daha dadlı olması üçün vam odda bişirməyə diqqət etmək lazımdır. Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir. Bu zaman BAŞ SOĞAN və KARTOF çox tez əlavə edilməməlidir. Çünki, vaxtından əvvəl əlavə edilən baş soğan və kartoş əzilər.

Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır. Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır. Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir. Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.

Parça Bozbaş süfrəyə verilmə qaydası:
Xörək süfrəyə verilən zaman üstünə ufalanmış nanə qurusu səpilir. Bu xörəyə xüsusi aroma verir. Süfrədə bozbaşın yanına ayrı bir qabda doğranmış baş soğan və sumaq da qoyulur.

Nuş olsun!
Etiketlər: əlavə, yaxud, Parça, soğan, Bozbaş, qabda, qoyun, xörəyə, bişirilir, noxud, bişirərkən, zövqə, Xörək, götürülür, süfrəyə, hazır, qatılır, qurusu, kartof, zaman
BİZİ İZLƏYİN