• Soyutma resepti

Reseptin məlumatları Baxış sayı: 19 196

Tarix : 14-06-2016, 20:00

Bölmə : Sulu yeməklər / Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1,5 kq sümüklü qoyun əti
1 ədəd baş soğan
Ç.q ucunda sarıkök
Duz
Istiot

Hazırlanması:
Yuyulan əti qazana qoyub bişiririk.
Suyu qaynamağa başlayanda kəfini yığırıq.
Bişməyə 15-20 dəq qalmış əti suyundan çıxarıb əti qazana yenidən yığırıq.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Xırda doğranmış soğanı və sarıkökü ətin üstünə tökürük.
Üstünə duz, istiot və ətin suyundan əlavə edirik.
Hazır olana qədər bişiririk. (Az qatı suyu qalmalıdır).

Nuş olsun!
Etiketlər: yığırıq, suyundan, qazana, bişiririk, sarıkökü, soğanı, doğranmış, Xırda, yuduqdan, sonra, xırda, doğrayırıq, üstünə, tökürük, olana, qədər, qalmalıdır, olsun, Hazır, edirik
BİZİ İZLƏYİN