• Mərcili əriştə supu resepti

Reseptin məlumatları Baxış sayı: 15 529

Tarix : 15-06-2016, 09:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 x.q duru yağ
1 ədəd baş soğan
1 x.q tamat
150.qr. qiymə
4 stəkan sümük bulyonu
1 çay stəkanı qaynadılmış noxud
1 stəkan qaynadılmış yaşıl mərci
Eyni qədər əriştə
Zövqə görə, duz, istiot, nanə

Hazırlanması:
150.qr. qiyməyə duz, istiot vurularaq yogrulur. Sonra soğan xırda doğranaraq yağda qovrulur. Qovrulan soğanın üzərinə tamat tökülür. Üzərinə qiymə xırda küftələr şəklində əlavə edilərək dağılmamaq şərti ilə qarışdırılır. Daha sonra üzərinə sümük bulyonu tökülür. Bir buğum qaynadıqdan sonra noxud və yaşıl mərci əlavə olunur. Sonda isə əriştə əlavə olunaraq 10 dəqiqə qaynadılır. Üzərinə xırda doğranmış nanə, duz, istiot səpərək yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: istiot, xırda, əlavə, əriştə, Üzərinə, tökülür, sonra, üzərinə, yaşıl, mərci, noxud, sümük, stəkan, qiymə, bulyonu, tamat, soğan, qaynadılmış, olsun, qarışdırılır
BİZİ İZLƏYİN