• Təzə gicitkən şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 20 892

Tarix : 26-05-2014, 10:50

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
0,5 dəstə cəfəri
1 x.q. limon şirəsi
duz
2 x.q. soyudulmuş xama
2 kartof
0,5 dəstə şüyüd
1 baş soğan
böyük dəstə gicitkən (100 q)
1 yerkökü
bitki yağı

Hazırlanması:
Kartofu təmizləyin. Qazanda yarım litr suyu qaynadın. Duz səpin, kartofu içində tam bişirin. Suyunu atmayın. Qaynar kartofu püre halına salın, xamayla qarışdırın, sonra yenidən qazandakı suya əlavə edin, qarışdırın. Orta itilikli odda bişirin.

Soğan və yerkökünü təmizləyin. Saman kimi doğrayıb bitki yağında 4 dəqiqə qovurun. Şorbaya əlavə edin.

Göyərtiləri yuyun, qurudun. Xırda doğrayın. Gicitkənin üstündən qaynar su axıdın, sonra digər göyərtilərlə birlikdə şorbaya əlavə edin. Limon şirəsi, duz, istiot əlavə edin. 2 dəqiqə sonra ocaqdan götürüb boşqblara çəkin.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, dəstə, kartofu, təmizləyin, bişirin, bitki, qarışdırın, şirəsi, dəqiqə, qurudun, Xırda, doğrayın, Saman, doğrayıb, Göyərtiləri, yağında, qovurun, Şorbaya, yuyun
BİZİ İZLƏYİN