• Borş resepti

Reseptin məlumatları Baxış sayı: 16 044

Tarix : 22-06-2016, 11:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq mal əti
500 qr kartof
300 qr təzə kələm
400 qr çuğundur
200 qr kök
200 qr soğan
3 x.q. tomat pastası
1 ç.q. 6%-li sirkə
2-3 diş sarımsaq
2-3 dəfnə yarpağı
Cəfəri
Yodlu narın xörək duzu, istiot
Bitki yağı
Zövqə görə göyərti

Hazırlanması:
Borşun tərkibi 4 litr tutan qazana görə hazırlanmışdır. Ətin üzərinə su tökülüb 1,5 saat qaynadılır. Sonra qaynadılmış ət kiçik tikələrə ayrılır. Kələm şəkildəki ölçüdə doğranır. Soğan xırda-xırda doğranır. Çuğundur da çubuq şəklində doğranır. Kartof küp şəklində doğranır. Əvvəlcə çuğundur bitki yağında qızardılır.
Sirkə,tomat suyu əlavə edib 5-7 dəqiqə bişirilir. Bitki yağında soğan qovrulur. Kök əlavə olunub yenə qovrulur. Qaynayan bulyona kartof əlavə olunub duzlanır. Bulyon qaynamağa başladıqda kələm əlavə olunub 5 dəqiqə bişirilir. Çuğundur əlavə edib daha 10 dəqiqə bişirilir. Soğan və kök əlavə olunur.
rdından dəfnə yarpağı və cəfəri əlavə olunur,duz və istiot vurulur. Sarımsaqəzənlə sarımsaq əlavə olunur,2-3 dəqiqə bişdikdən sonra ocaqdan alıb 15-20 dəqiqə saxlanır. Hazır borşu servis edərkən üzərinə zövqə görə xama və göyərti qoyulur.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, doğranır, bişirilir, olunub, olunur, Soğan, üzərinə, istiot, göyərti, yarpağı, Bitki, qovrulur, xırda, soğan, çuğundur, kələm, kartof, şəklində, tomat
BİZİ İZLƏYİN