• Lebeniyə şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 321

Tarix : 21-06-2016, 09:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
250 gr qovrulmuş ət
duz
qarabibər
1/2 su stəkanı düyü
1 su stəkanı qaynadılmış noxud
1-2 su stəkanı qatıq
10 su stəkanı su
1-2 qaşıq un

Qızartmaq üçün:
duru yağ
Arzuya görə 1 yumurta

Üzərinə:
Tərə yağı
Nanə
Pul bibər

Hazırlanması:
Qovrulmuş ət,duz və qara bibərlə fındıq böyüklüyündə kiftələr hazırlanır.Unlu çiniyə qoyulur,bir iki sallayıb,3-4 qaşıq duru yağda qızardılır və kənara alınır.
Qazanda 1-2 stəkan su ilə düyülər qaynadılır. Yaxşıca yumşalması lazımdır.
Sulandırılmış qatıq və un yaxşıca qarışdırılır,qalan su əlavə edilir.
Daha sonra hamısı birlikdə qazana əlavə edilir. Qaynamağa başlayınca noxudlar və kiftələr qatılır.Un qoxusu gedib, şorba halına gəlincə duz ilə dadlandırın,altı söndürülür.
Tavada tərə yağ əridilir,nanə və pul bibər atılıb,altı söndürülür.
Servis edərkən, tərə yağı üzərinə gəzdirilir.

Nuş olsun!
Etiketlər: stəkanı, qatıq, qaşıq, söndürülür, bibər, edilir, əlavə, kiftələr, Qaynamağa, qazana, başlayınca, noxudlar, qatılır, sonra, qarışdırılır, yaxşıca, qalan, qoxusu, hamısı, birlikdə
BİZİ İZLƏYİN