• Buğdalı qış şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 532

Tarix : 18-06-2016, 23:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 su stəkanı buğda
1 su stəkanı noxud
200 qr brokoli
1 kök
1 soğan
2 salçalıq qırmızıbiber
1 yemək qaşığı tomat pastas
1 yemək qaşığı kərə yağ
1 yemək qaşığı günəbaxan yağı
Yarım limonun suyu
3 diş əzilmiş sarımsaq
3-4 su stəkanı isti toyuq suyu və ya su
duz
istiot

Hazırlanması:
Noxudu bir gecə əvvəldən suda gözlədin.Sabahısı gün suyunu dəyişdirib yumuşayana qədər qaynadın.Buğdanı yuyub 1 gecə əvvəldən soyuq suda gözlədin.Sabahısı gün suyunu süzüb qazana alın və üzərinə 2 su stəkanı isti su əlavə edərək qaynadın.
Ayrı bir qazanda kərə yağı və günəbaxan yağını istilədin.Doğradığınız soğanı əlavə edib bişirin.Soğan bir az yumuşalandan sonra nərd zəri böyüklüyündə doğradığınız kökü və qırmızı bibəri əlavə edin.2-3 dəqiqə sonra tamat da əlavə edib qarışdırın.3 su stəkanı isti suyu da əlavə edin.Qaynamağa başlayınca buğda, noxud, brokoliyi, duzu və istiotu əlavə edib zəif xodda bişirin.Qazın üstündən almağa yaxın ayrı bir kasada qarışdırdığınız sarımsaqlı limon suyunu əlavə edin.Qarışdırıb qazın üstündən götürün alın və isti şəkildə servis edin.

Qeyd: Azərbaycandakı qurudulmuş kəklikotunun ləzzəti daha güclü olar bilər, odur ki, miqdarını istəyinizə görə azalda bilərsiniz. Yox, əgər, heç kəklikotu istəmirsinizsə, onda şorbanı onsuz da bişirmək olar. Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək)

Nuş olsun!
Etiketlər: əlavə, stəkanı, yemək, suyunu, qaşığı, qurudulmuş, günəbaxan, bişirin, sonra, gözlədin, əvvəldən, noxud, üstündən, qaynadın, buğda, Sabahısı, servis, götürün, Azərbaycandakı, şəkildə
BİZİ İZLƏYİN