• Toyqa (qatıqlı yarma) şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 498

Tarix : 17-06-2016, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 stəkan buğda yarması
1 stəkan qatıq
1 ədəd yumurta
1 stəkan un
2 yemək qaşığı kərə yağı
1,4 L süd
nanə
qırmızı bibər
duz

Hazırlanması:
Buğda bir gecə əvvəlcədən suya qoyulur.
Suda gözleyen buğda yumşalana qeder qaynadılır.
Un, qatıq, yumurta və südü qarışdırıb çırpırıq, qarışdıra-qarışdıra qaynadırıq.
Buna suda qaynadılmış buğdanı ve duz əlavə edirik.
Qatılaşana qədər qaynadırıq.
Bir tavada kərə yağını qızdırıb, qırmızı bibər və nanəni yağda qovururuq.
Hazırlanan şorbanın üstünə bu sosu əlavə edərək servis edirik.

Nuş olsun!
Etiketlər: stəkan, qırmızı, bibər, yumurta, əlavə, qarışdıra, qatıq, edirik, qaynadırıq, buğda, yağını, tavada, qədər, qızdırıb, Qatılaşana, şorbanın, edərək, servis, olsun, üstünə
BİZİ İZLƏYİN