• Tutmaç şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 17 681

Tarix : 18-06-2016, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 yumurta,
1 stəkan un,
1 kasa qatıq,
1 ədəd soğan,
2 qaşıq kərə yağı,
Bir az qiymə,
Nanə,
Pul bibər,
Duz.

Hazırlanması:
1 yumurta, duz, un və ala bildiyi qədər su götürülərək xəmir yoğrulur. 5-10 dəqiqə saxladıqdan sonra xəmirin dörddə biri ayrılır. Qalan xəmir 2 mm qalınlığında açılır. 1 sm zolaqlar halında kəsilir. Zolaqların bir neçəsi üst-üstə qoyularaq eninə 1 sm ara ilə kəsilir. Qiyməyə duz əlavə edilərək yoğrulur. Fındıq böyüklüyündə küftələr hazırlanır. Ayrılan xəmir qələm şəklində yuvarlanır. İncə-incə kəsilərək yağda qızardılır.
atığa 1 yumurta və 1 qaşıq un qoyularaq möhkəm çırpılır. Qazana su və duz əlavə edilib qaynadılır. Qaynayan suya əvvəlcə küftələr atılır. Küftələrin bişməsinə yaxın kəsilmiş xəmirlər qatılaraq qaynadılır. Çırpılan qatığa şorbanın suyundan əlavə edilərək qarışdırılır. Yavaş-yavaş şorbaya tökülərək qaynayana qədər qarışdırılır. Soğan doğranıb yağda saralana qədər qovrulur. Nanə və pul bibər əlavə edilib şorbanın üzərinə tökülür. Ocaqdan alınır. Qızardılmış xəmirlərlə bərabər isti halda servis edilir.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, xəmir, yumurta, qarışdırılır, edilib, yoğrulur, qaynadılır, küftələr, edilərək, şorbanın, kəsilir, qoyularaq, qaşıq, yağda, bibər, suyundan, qatığa, Çırpılan, kəsilmiş
BİZİ İZLƏYİN