• Közlənmiş badımcanla tomat şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 634

Tarix : 23-07-2016, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 pomidor
6 diş sarımsaq
duz
istiot
zeytun yağı
2 x.q. kərə yağı
1 x.q. un
300 y közlənmiş badımcan
750 ml toyuq bulyonu
reyhan
iri suxarı

Hazırlanması:
Badımcanı közləyib qabığını soyun.
Pomidorları iki bölüb perqament döşənmiş siniyə düzün. Hərəsinin üstünə bir diş sarımsaq qoyun. Duz və istiot səpin, üzərinə zeytun yağı gəzdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra pomidorların qabığını soyun, sarımsaqları kənara qoyun.
Kərə yağını əridin. Unu əlavə edib qovurun. Pomidor və közlənmiş badımcanları əlavə edin. Duz və ədviyyat vurub 3-4 dəqiqə qovurun. Toyuq bulyonunu əlavə edin, qatılaşanadək qaynadın. Xırda doğranmış reyhanı əlavə edib ocaqdan götürün.
Blenderdən keçirin. (Bol sarımsaq dadını sevirsinizsə, ayırdığınız sarımsaqları da şorbanı blenderdən keçirərkən əlavə edə bilərsiniz).
Boşqablara çəkib üzərinə çörək suxarıları düzün, süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, sarımsaq, qoyun, dəqiqə, soyun, qabığını, düzün, üzərinə, sarımsaqları, qovurun, zeytun, istiot, közlənmiş, ocaqdan, doğranmış, reyhanı, Xırda, bulyonunu, badımcanları, pomidorun
BİZİ İZLƏYİN