• Toyuq şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 133

Tarix : 8-08-2016, 12:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
400 qr toyuq filesi
1 orta ölçülü soğan
1 orta ölçürü kök
1 yaşıl şirin bibər
2 kartof
3-4 ovuc düyü (vermişel də olar)
Dəfnə yarpağı
Təzə şüyüd, keşniş və cəfəri
Duz, istiot

Hazırlanması:
1. Toyuq filesini yuyur, təmizləyir və kvadratlarla doğrayırıq. Bunları duzlayır, istiotlayır və qazana qoyuruq (4 litrlik tutumu olan) və o üzərinə 2,5-3 litr su tökürük. Bərk oda qoy ur və qaynamağa başlayan kimi odunu minimuma endiririk. Bulyon 30-40 dəqiqə ərzində hazır olur. Əgər siz onun üzərində kəf yığılmasını və toyuğun xırda dənəciklərinin üzməyini istəmirsinizsə, onda toyuğu qazandan çıxarın və bulyonu tənzifdən başqa qazana süzün.

2. Bulyon bişənə kimi şorbaya qatılacaq tərəvəzləri hazırlaya bilərsiniz.
Aşağıdakıları etmək lazımdır:
Yuyulmuş və təmizlənmiş kartof və soğanı kvadrat şəklində doğrayın;
Bibəri bir qədər uzunsov, kökü isə dilimlərlə doğrayın, ya da bunları özünüz istədiyiniz kimi edin;
Düyünü bir neçə dəfə yuyun ki, nişastası axıb getsin.

Toyuq şorbası resepti - FOTO RESEPT

3. Bitki yağında soğanı, kök və bibəri pörtün. Qovrulmalı olanlar hazırdır.

Toyuq şorbası resepti - FOTO RESEPT

4. Bulyon hazır olan kimi kartof və düyünü də ora tökürük. Şorbanı 10-15 dəqiqə bişiririk, bundan sonra qovrulmuş inqrediyentləri də əlavə edir və şorbanın qaynamasını gözləyirik. Əgər qaynayırsa, deməli, hazırdır. Buna 2 dəfnə yarpağı, ətirli istiot və doğranmış göyərtini əlavə edirik. 15 dəqiqə qaldıqdan sonra süfrəyə veririk. Lap balacalar üçün bunu püre şəklinə salırıq.

Toyuq şorbası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: kartof, dəqiqə, Bulyon, soğanı, əlavə, istiot, sonra, qazana, doğrayın, yarpağı, tökürük, hazır, hazırdır, istədiyiniz, Düyünü, özünüz, bunları, dilimlərlə, yuyun, nişastası
BİZİ İZLƏYİN