Tərkibi:350 qr noxud,
1 iri baş soğan,
zeytun yağı,
2 xörək qaşığı
un,
cəfəri,
0,5 limon,
duz,
istiot.
Hazırlanması:Etməlisiniz: noxudu gecədən islatmalısınız. Səhərisi gün soğanı zeytun yağında qovurun, ardınca suyunu süzüb noxudu qovrulan soğana əlavə edin biraz qovurun. Biraz qovurduqdan sonra iki barmaq qədər örtənə qədər su əlavə edin və 1 saat qaynadın. Noxudun bişməsinə nəzarət edin.
Başqa bir qabda bir limon suyunu 2 xörək qaşığı un ilə qarışdırın. Noxud bişəndən sonra onu blenderdən keçirin və limon suyu ilə un qarışığını qarışdırın daha 5 dəqiqə bişirin. Cəfərini xırda doğrayıb şorbaya əlavə edin.
Nuş olsun!
Etiketlər: əlavə, limon, noxudu, qovurun, qarışdırın, qədər, suyunu, sonra, zeytun, xörək, qaşığı, Noxud, qabda, bişməsinə, Noxudun, nəzarət, Başqa, keçirin, Cəfərini, xırda