• Yaşıl mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 425

Tarix : 13-08-2016, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 st yaşıl mərci,
2 ədəd baş soğan,
2 ədəd kartof,
2 ədəd pomidor,
2 xörək qaşığı zeytun yağı,
keşniş,
duz,
istiot

Hazırlanması:
Mərci təmizlənib yuyulur və bir müddət suda saxlanılır. Bu arada kartof təmizlənib və doğranılır. Soğan yağda qızardılır və pomidor əlavə olunur. Yağ-soğanı birbaşa şorbanı hazırlayacağınız qazanda hazırlayın. Daha sonra mərcini əlavə edin və 1-2 dəqiqə pomidor suyunda pörtlədikdən sonra suyu əlavə edin və 45 dəqiqəyə yaxın bişirin. Daha sonra kartofu əlavə edin və kartof bişdikdən sonra keşnişi şorbanın üstünə səpin. Duz-istiot zövqə görədir.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, pomidor, kartof, istiot, təmizlənib, dəqiqə, suyunda, pörtlədikdən, mərcini, zövqə, qazanda, hazırlayın, görədir, dəqiqəyə, yaxın, səpin, keşnişi, şorbanın, bişdikdən
BİZİ İZLƏYİN