• Arpa şorbası toyuq əti ilə resepti

Reseptin məlumatları Baxış sayı: 13 198

Tarix : 14-08-2016, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
toyuq əti,
1 ədəd baş soğan,
1-2 ədəd kök,
bolqar bibəri,
pomidor (evdə hazırlanmış pomidor tomatı da ola bilər),
1-2 ədəd kartof,
arpa,
zeytun yağı,
duz və istiot.

Hazırlanması:
İlk öncə arpa təmizlənir, yuyulur və yumuşalması üçün 20 dəqiqə suda saxlanılır. Bu müddət ərzində soğan xırda doğranılır, kök, bibər, pomidor və kartof kubik şəklində doğranılıb hazırlanır. Toyuq əti yuyulur və doğranılır.

Soğan yağda qızardılmağa başlayır, bir müddət sonra toyuq və isladılmış arpa əlavə olunur və 2-3 dəqiqə soğanla bişirilir. Daha sonra yerdə qalan ərzaqlar (bibər, kök, pomidor, kartof) əlavə olunur və qarışdırılır. Qarışımın üstünə su əlavə olunur və arpa bişənədək (ortalama 15 dəqiqə) bişirilir.

Nuş olsun!
Etiketlər: pomidor, kartof, əlavə, dəqiqə, olunur, müddət, doğranılır, sonra, toyuq, bibər, bişirilir, yuyulur, soğan, ortalama, bişənədək, isladılmış, üstünə, başlayır, qızardılmağa, Qarışımın
BİZİ İZLƏYİN