• Uxa və rassteqay resepti

Reseptin məlumatları Baxış sayı: 11216

Tarix : 20.08.2016, 14:00

Bölmə : Sulu yeməklər, Şorbalar, Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
şorba:
1200 q somğa balığı (syomqa)
300 q yerkökü
200 q baş soğan
600 q kartof
2 dəfnə yarpağı
2 dənəvər ağ istiot
qara üyüdülmüş istiot
5 qara dənəvər istiot
duz

rassteqay (üstüaçıq bulkalar):
400-450 q un
2 yumurta
125 ml süd
25 q yaş maya
1 x.q. şəkər tozu
0,5 ç.q. duz
1 x.q. kərə yağı
1 x.q. qaymaq
2 baş soğan
400 q bişmiş balıq
şüyüd

Hazırlanması:
Şorba:
Soğanla yerkökünü təmizləyin, yerkökünü iri doğrayın. Tavanı qızdırıb soğanla yerkökünü içinə qoyun, yağ vurmadan hər tərəfini qızardın.
Çıxarıb qazana yığın, balığın (forel də götürmək olar) quyruq hissəsini və 3 l qaynanmış su əlavə edin. Qaynara düşəndə kəfini yığın, 2 dəfnə yarpağı, 5 qara və 2 ağ dənəvər istiot əlavə edin, qazanın qapağını örtüb ocağı azaldın, 20 dəqiqə bişirin.
Kartofu təmizləyib iri doğrayın. Qazana əlavə edib daha 10 dəqiqə bişirin. Duz-istiot vurun, şüyüd səpin, ocaqdan götürün.

Rassteqay:
Barata: südü azca qızdırıb mayanı içində əridin, 1 x.q. şəkər tozu ilə 1 x.q. un əlavə edib qarışdırın, 30 dəqiqə, köpüklənincə saxlayın. Sonra 1 yumurta, əridilmiş kərə yağı, unun qalanını, yarım çay qaşığı duz əlavə edib xəmir yoğurun, 2,5 saat istidə saxlayın. Bu müddətdən sonra 1 dəfə də ətləyin və daha 1 saat isti yerdə saxlayın.
İç: Soğanı xırda doğrayıb bitki yağında qovurun. Bişmiş balıq ətini çəngəllə əzin, soğanla, qaymaqla, xırdalanmış şüyüdlə qarışdırın, duz-istiot vurun.
Xəmirdən 10 kündə tutun. Perqament döşənmiş siniyə düzün. 10 dəqiqə saxlayın. Hər birini əlinizlə yayın. Ortasına uzunasına iç qoyun. Kənarlarını birləşdirib ortasını açıq qoyun. 15 dəqiqə saxlayın. Üzərinə yumurta çəkin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Üzərinə təmiz dəsmal çəkib 10 dəqiqə saxlayın.
Hər bulkanın ortasına 2 x.q. şorbanın suyundan töküb uxayla birlikdə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, saxlayın, istiot, əlavə, yerkökünü, yumurta, dənəvər, qoyun, bişirin, vurun, qarışdırın, doğrayın, şüyüd, qızdırıb, Üzərinə, soğanla, balıq, yığın, soğan, yarpağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Dadlı resepdir bəyəndim Təşəkkür
20 avqust 2016 15:23
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN