• Lobyalı şorba resepti

Reseptin məlumatları Baxış sayı: 100 487

Tarix : 13-07-2014, 18:09

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Təzə lobya – 300 q
Pomidor – 1 ədəd
Baş soğan – 1 ədəd
Kartof – 1 ədəd
Kərə yağı
Tomat pastası – 1 x.q.
Su – 1 lt
Abqora – 1 x.q.
Quru nanə, duz, istiot

Hazırlanması
Təzə lobya, pomidor, soğan, kartof xırda doğranılır.
Lobyanın üzərinə su əlavə edilib bişirilir.
Kərə yağı əlavə edilmiş tavada əvvəlcə soğan qızardılır, soğanın üzərinə pomidor və tomat pastası əlavə olunub yağa düşənədək qovrulur.
Suyu çəkilmiş və tam bişmiş lobyanın üzərinə qovrulmuş tərəvəzlər, kartof və qaynar su, duz, istiot, abqora əlavə edilib zəif odda bişirilir.
Hazır şorbanın üzərinə nanə səpilir.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, soğan, pomidor, bişirilir, edilib, istiot, kartof, pastası, lobya, lobyanın, bişmiş, qovrulur, düşənədək, olsun, çəkilmiş, şorbanın, olunub, qaynar
BİZİ İZLƏYİN