• Balıq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 209

Tarix : 8-09-2016, 16:00

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500q balıq filesi (syomqa — qızılbalıq),
2 baş soğan,
2 böyük qaynadılmış kartof,
1 x.q kərə yağı,
1 ədəd kök,
400 ml balıq bulyonu,
400 ml qaymaq.

Hazırlanması:
- Bulyonun üçün balığın quyruğunu,başını,(yalnız quyruqlada kifayətlənmək olar) soğan, kəklikotu, qara dən istiot, cəfəri götürüb suda qaynadırıq, qaynar həddə çatdıran kimi odu azaldırıq və yarım saata kimi vam odda qaynadırıq. Qaynadarkən üzərində əmələ gələn kəfi götürmək lazımdır.
– Balığın filesi 8 bərabər tikələrə doğranır.
– Bir kartofun yarısına qaymaq qatıb püre düzəldirik qalan kartofu, kökü və soğanı kub formasında doğrayırıq.
– Kərə yağında soğan qızılı rəng olana qədər qızardırıq.
– Yağ-soğanın içinə kartofu, kökünü və balığı əlavə edirik. 1 dəqiqə ərzində qovururuq.
– Qovurduqdan sonra bulyon, qaymaq və kartof püresini töküb qarışdırırıq.
– Qaynama həddinə çatdırırıq və balıq tikələrini boşqablara qoyub, üzərinə şorbanı tökürük.

Nuş olsun!
Etiketlər: qaymaq, soğan, balıq, kartofu, qaynadırıq, filesi, kartof, içinə, soğanın, kökünü, əlavə, edirik, qızardırıq, balığı, yağında, formasında, soğanı, qalan, doğrayırıq, dəqiqə
BİZİ İZLƏYİN