• Dadlı ət sulu nar şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 954

Tarix : 28-01-2017, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
-1 kq turş nar
-Yarım litr ət suyu
-3 xörək qaşığı un
-Kərə yağı
-İncə doğranmış nanə və cəfəri
- Duz və istiot

Hazırlanması:
Ət suyunu qaynadın. Narlardan birini ikiyə bölüb dənələyin. Qalan narların suyunu sıxın. Sıxılmış nar suyunu ət suyuna əlavə edin. Unu kərə yağında qovurun. Ət və nar suyunu qaşıq-qaşıq azca götürün, qovurduğunuz una əlavə edib qarışdırın. Un qızarmış rəng alandan sonra qaynatdığınız nar və ət suyuna əlavə edin. Şorba qatı hala gələnə kimi qarışdırın. Üzərini cəfəri, nanə və ayırdığınız nar dənələri ilə bəzəyib, süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: suyunu, əlavə, qaşıq, suyuna, qarışdırın, cəfəri, sonra, götürün, alandan, qızarmış, qaynatdığınız, qovurduğunuz, gələnə, süfrəyə, təqdim, bilərsiniz, bəzəyib, dənələri, Üzərini, ayırdığınız
BİZİ İZLƏYİN