• Küftəli düyü şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 26 226

Tarix : 31-07-2014, 02:37

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
uzun düyü — 100 qr.
sarımsaq — 1 diş
bitki yağı — 1 x.q.
göy soğan — 1 ədəd
pomidor — 150 qr.
çəkilmiş ət — 250 qr.
bulyon — 1,5 l
soya sousu — 2 x.q.
doğranmış cəfəri — 2 x.q.

Hazırlanması:
Düyünü duzlu suda qaynadın. Sarımsağı təmizləyin, doğrayıb isidilmiş bitki yağında azca qızardın. Alovdan götürüb soyudun. Göy soğanı təmizləyib kiçik halqalarla doğrayın. Pomidorları iki bölün. Çəkilmiş əti sarımsaq və göy soğanla qarışdırın, zövqə görə duz, istiot əlavə edin. Çəkilmiş ətdən kiçik küftələr düzəldin. Bulyona soya sousu və istiot əlavə vurub küftələri kiçik alovda bulyonda qaynadın (təxminən 4 dəqiqə). Düyünü pomidrolarla birlikdə şorbaya əlavə edin. Daha 3 dəqiqə bişirib soya sousu əlavə edin. Süfrəyə verməmişdən əvvəl üzərinə cəfəri səpin.

Nuş olsun!
Etiketlər: yarımhalqalarla, əlavə, kiçik, sousu, Düyünü, qaynadın, dəqiqə, cəfəri, istiot, sarımsaq, bitki, Çəkilmiş, vurub, küftələri, Bulyona, zövqə, ətdən, alovda, küftələr, düzəldin, birlikdə
BİZİ İZLƏYİN