• Ətli Ərzurum şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 17 939

Tarix : 8-08-2014, 16:40

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 armudu st. düyü
200 q yağsız qiymə
5-6 su st. qaynar su və ya bulyon
0,5 st. bitki yağı
1 orta boy soğan
duz
istiot
quru nanə
2 dolu x.q. un
1 su st. qatıq
1 yumurta

Hazırlanması:
Qazana düyünü və 2 armudu st. su töküb düyü suyunu çəkənəcən bişirin.

Qiyməyə duz və istiot əlavə edib yoğurun. Sonra noxud böyüklükdə küftələr hazırlayın. Bu küftələri un səpilmiş qaba tökərək qabı silkələyib hamısının una bulanmasına çalışın.

Düyünün olduğu qazana 5-6 st. qaynar su və küftələri əlavə edib küftələr yumşalanadək bişirin.

Bir qabda un, qatıq və yumurtanı çalın. Bu qarışığı şorbanı qarışdıraraq nazik axınla qazana əlavə edin.

Bir tavada xırda doğranmış soğanı bitki yağında qovurun. Quru nanə əlavə edib qarışdırın və şorbaya əlavə edin. Qarışdıraraq bişirin, sonda duz əlavə edib ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, istiot, küftələri, küftələr, bitki, qatıq, qaynar, qazana, armudu, qarışdıraraq, nazik, yumşalanadək, axınla, şorbanı, qabda, tavada, çalın, qarışığı, yumurtanı
BİZİ İZLƏYİN