• Tərəvəzli bulqur şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 17 462

Tarix : 8-08-2014, 16:51

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 x.q. iri bulqur
200 q qiymə
2 x.q. kərə yağı
1 ç.q. bibər pastası
1 ç.q. tomat pastası
7 st. qaynar su
1 ortaboy yerkökü
1 ortaboy qabaq
göy soğan (yaxud kəvər)
duz
istiot

Hazırlanması:
Kərə yağının yarısını əridib qiyməni qovurun. Tomat və bibər pastalarını əlavə edin, 3-4 əqiqə qovurduqdan sonra su, bulqur, duz və qara istiot əlavə edib bişirin.

Yerkökü və qabağı kubik doğrayın, əvvəl yerkökünü, sonra qabağı əlavə edərək kərə yağının qalanında qovurun, xırda doğranmış göy soğanı (yaxud kəvəri) əlavə edin. Bir qədər qovrulduqdan sonra ocaqdan götürün.

Şorbanın bulquru yumşalınca qovurduğunuz tərəvəzləri əlavə edin. 10 dəqiqə bişirib ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, bulqur, yaxud, istiot, yağının, götürün, qabağı, bibər, pastası, ocaqdan, ortaboy, qovurun, qədər, kəvəri, doğranmış, edərək, qalanında, xırda, soğanı
BİZİ İZLƏYİN