• Tərəvəzli pomidor şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12 453

Tarix : 3-12-2016, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd qara çörək
2 ədəd pomidor
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd baş soğan
2 st. pomidor şirəsi
100 qr holland pendiri
1 x.q. qaymaq
½ ç.q. nanə qurusu
1 ç.q. un
Bitki yağı
Duz, istiot

Hazırlanması:
Qara çörəyin üstü qapaq şəklində kəsilib içi ovulur. Un yağda qovrulur. Baş soğan, bibər xırda doğranır, yağda qızardılır, üzərinə nanə səpilib qovrulur. Üzərinə pomidor şirəsi əlavə olunub blenderdən keçirilir. Kütləyə qovrulmuş un qatılıb qarışdırılır. Şorbaya sürtgəcdən keçirilimiş holland pendiri, qaymaq, pomidor, duz, istiot əlavə olunub blenderdən keçirilir. Hazır şorba çörəyin içinə doldurulur.

Nuş olsun!
Etiketlər: pomidor, qovrulur, yağda, çörəyin, keçirilir, blenderdən, əlavə, olunub, qaymaq, istiot, pendiri, soğan, holland, şirəsi, qovrulmuş, Kütləyə, şorba, doldurulur, içinə, qatılıb
BİZİ İZLƏYİN