• Turşməzə şorba resepti

Reseptin məlumatları Baxış sayı: 15 480

Tarix : 8-08-2014, 23:23

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
2 soğan
1 qəhvə fincanı bitki yağı
1 x.q. tomat pastası
1 dəstə çuğundur yarpağı
2 x.q. un
8-10 st. su
1 st. bişmiş noxud
duz
istiot
7-8 budaq reyhan
1 x.q. limon şirəsi

Hazırlanması:
Soğanı xırda doğrayıb yağda qovurun, tomat pastası əlavə edin. Çuğundur yarpağını xırda doğrayıb əlavə edin, suyunu çəkənədək bişirin. Un əlavə edib, qarışdıraraq qovurun. Su əlavə edib qaynamasını gözləyin. Qaynara düşəndə bişmiş noxudu, duz, qara istiot və limon şirəsini əlavə edib 10 dəqiqə qaynadın. Ocaqdan götürəndən sonra üzərinə doğranmış reyhan səpin.

Nuş olsun!
Etiketlər: əlavə, reyhan, istiot, limon, xırda, doğrayıb, bişmiş, qovurun, tomat, pastası, düşəndə, noxudu, şirəsini, qarışdıraraq, Qaynara, gözləyin, dəqiqə, qaynamasını, Ocaqdan, doğranmış
BİZİ İZLƏYİN