• Yağlı tərə resepti

Reseptin məlumatları Baxış sayı: 26 766

Tarix : 10-12-2016, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
200 qr yumru düyü
6 ədəd albuxara
1 ədəd baş soğan
1 dəstə dağ keşnişi
1 dəstə göy soğan
2 dəstə ispanaq
1 dəstə türşəng
3 dəstə şüyüd
4 diş sarımsaq
200 qr kərə yağı
1 l qatıq
1 st. su
Duz, istiot

Hazırlanması:
Düyü duzlu suda bişirilib süzülür. Qatıq mikserlə çırpılır. Kərə yağı əridilir. Baş soğan və göy soğan xırda doğranıb yağda qızardılır. Üzərinə xırda doğranmış sarımsaq və göyərti əlavə olunub qovrulur.
Qarışığa albuxara, düyü əlavə edilir, duz, istiot səpilib bir qədər qov- rulur. Qovrulmuş kütlənin üzərinə su tökülüb qaynağa düşənədək bişirilir. Yemək odun üzərindən götürülür, qatıq əlavə edilib qarışdırılır.

Nuş olsun!
Etiketlər: dəstə, soğan, əlavə, qatıq, xırda, istiot, albuxara, sarımsaq, kütlənin, rulur, Qovrulmuş, səpilib, Qarışığa, edilir, üzərinə, qədər, bişirilir, götürülür, edilib, qarışdırılır
BİZİ İZLƏYİN