• Buğdalı soyuq şorba resepti

Reseptin məlumatları Baxış sayı: 13 964

Tarix : 8-08-2014, 23:41

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. buğda
0,5 st. noxud
1,5 kq qatıq
3 st. su
duz
nanə
pul bibər

Hazırlanması:
Buğda və noxudu bir gecə öncədən ayrı-ayrı isladın. Səhəri gün sularını süzün, ayrılıqda yumşalanadək bişirin. Bişəndən sonra sularını süzüb soyudun. Noxudun qabıqlarını çıxarın. Qatığı qazanda çalın, noxud, buğda, duz və nanə əlavə edib, qarışdırın. Üzərinə pul bibər səpin, nanəylə bəzəyin.

Nuş olsun!
Etiketlər: bibər, noxud, sularını, buğda, qazanda, çalın, Qatığı, qabıqlarını, Noxudun, əlavə, çıxarın, Üzərinə, bəzəyin, olsun, nanəylə, səpin, soyudun, qarışdırın, Bişəndən, öncədən
BİZİ İZLƏYİN