• Küftə resepti

Reseptin məlumatları Baxış sayı: 92 929

Tarix : 11-12-2016, 21:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


500 qr çəkilmiş ət
250 qr baş soğan
30 qr düyü
4 kartof
Turşu (minimum 4 dənə)
Biraz tomat pastası
Yarim dənə təzə pomidor
Noxud
Sarıkök


Küftə-bozbaş Azərbaycan şorbalarından biridir. Gecədən isladılmlış noxudu yarıbişmiş haladək bişirin. Qiyməni, xırdalanmış soğanı, düyünü (duz və istiot yaddan çıxmasın) yaxşı-yaxşı qarışdırın. Kartofu soyun. Pomidorun qabığını soyun və xırdalayın. Turşunu yuyun.

Qazana 1 litr su töküb qazın üstünə qoyun. Su qaynayana qədər qiyməni 4 yerə bölüb 4 küftə tutun. Hər bir küftənin içinə turşu (quru alça) qoyun. Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin.

Su qaynayanda düzəltdiyiniz küftələri bir-bir qazana salın. Qaz orta temperaturda olmalıdır. Bir az qaynadıqdan sonra kəfi yığın, bulyon şəffaf olmalıdır. Yarıbişmiş noxudu və soyulmuş kartofu əlavə edin. Kartof bir az bişəndən sonra, qazana yenə bir qədər alça turşusu ata bilərsiniz. Əgər konservləşmiş hazır noxuddan istifadə edirsinizsə, noxudu ən axırda əlavə etmək lazımdır.

30 dəqıqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda 1,5 çay qaşıqı tomat pastasını və doğranmış pomidoru əlavə edib 15 dəqiqə də bişirin. Küftə hazırdır. Küftənin üstünə quru nanə tökülür. Küftə süfrəyə lavaş və shoraba ilə verilirsə çox ləzzətli olur.
Etiketlər: əlavə, sonra, Küftə, noxudu, üstünə, qədər, qoyun, olmalıdır, tomat, küftələri, bişirin, qazana, soyun, yaxşı, bişəndən, konservləşmiş, bilərsiniz, turşusu, kartofu, Kartof
BİZİ İZLƏYİN