• Avqolemono şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 959

Tarix : 11-01-2017, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 l toyuq bulyonu
4 x.q. uzun düyü
3 yumurta
3 x.q. limon şirəsi
2 ç.q. tərxun (doğranmış təzə, yaxud qurudulmuş)
duz
istiot

Hazırlanması:
Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. 15-20 dəqiqə, düyü yumşalınca bişirin.

Ocaqdan götürməzdən 5 dəqiqə əvvəl bulyondan bir neçə xörək qaşığı götürüb iri kasaya tökün. Kasadakı bulyonu soyudub içinə bir-bir yumurtaları qırın, hər birindən sonra da yaxşıca çalın. Sonda limon şirəsini əlavə edin.

Ocağı azaldın. Hazır yumurtalı-limonlu sousu qaynayan şorbanı tez-tez qarışdıra-qarışdıra yavaş-yavaş əlavə edin. Vam odda qarışdırın, amma qaynatmayın.
Tərxun əlavə edib ocaqdan götürün. 10 dəqiqə dəmdə saxlayın.

Süfrəyə verəndə yanında 1 dilim limon da qoyun.

Avqolemono şorbası resepti - FOTO RESEPT

Avqolemono şorbası resepti - FOTO RESEPT

Avqolemono şorbası resepti - FOTO RESEPT

Avqolemono şorbası resepti - FOTO RESEPT

Avqolemono şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, limon, dəqiqə, qarışdıra, bulyonu, yavaş, yumurtalı, Hazır, limonlu, sousu, qaynayan, azaldın, Ocağı, yaxşıca, sonra, çalın, Sonda, şirəsini, şorbanı, dilim
BİZİ İZLƏYİN