• Qarğıdalılı toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10945

Tarix : 26.02.2017, 17:00

Bölmə : Sulu yeməklər, Toyuq yeməkləri, Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
Toyuq filesi 175 q
Bitki yağı 2 x.q
Yaşıl soğan 1 dəstə
Qırmızı bibər 1 ədəd kiçik
Sarımsaq 1 diş
Konservləşdirilmiş qarğıdalı 200 q
Toyuq bulyonu 1 litr
Qarğıdalı nişastası 2-3 ç.q
Pomidor 2 ədəd
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Keşniş 1/2 dəstə

Hazırlanması:
1. Toyuq filesini uzunvari doğrayın. Dərin qazanda bitki yağını isidib file dilimlərini 3-4 dəq. ərzində qarışdıraraq qızardın.

2.Xırda doğranılmış yaşıl soğan, şirin bibər və əzilmiş sarımsağı qatıb 2 dəqiqə də qızardın və bulyonu əlavə edin. 5 dəq ərzində qaynadın.

3. Qarğıdalı nişastasını 2 x.q soyuq su ilə qarışdırıb şorbaya əlavə edin və qatılaşanacan qarışdırın.

4. Şorbaya doğranılmış pomidor əlavə edib daha 2-3 dəqiqə qaynadın.

5. Şorbanı qaynar-qaynar üzərinə xırda doğranılmış keşniş səpib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, doğranılmış, Toyuq, qızardın, Qarğıdalı, dəqiqə, qaynar, qaynadın, bulyonu, ərzində, soğan, bibər, dəstə, nişastasını, soyuq, şorbaya, qarışdırıb, Yaşıl, sarımsağı, qatıb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN