• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 13 333

Tarix : 28-02-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Duzlu xəmir işləri / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir üçün:
1 ədəd yumurta
150 ml su
1/2 ç.q duz
2,5 stəkan un

İçlik üçün:
300 q qoyun əti
50 q quyruq
1 baş soğan
duz, istiot
1/2 ç.q sarıkök

Hazırlanması:
Əvvəlcə xəmir hazırlayın, bunun üçün iri qaba yumurtanı sındırın, soyuq su, un və duz əlavə edib xəmir yoğurun. Xəmir azı 10 dəq dincəlməlidir. Bundan sonra xəmir elastik və yumşaq olacaq.
İçlik üçün qoyun ətini, quyruğu və soğanı ət çəkən maşından keçirin. Yaxşıca qarışdırın və zövqünüzə uyğun duzlayıb istiotlayın.
Xəmiri 6-8 hissəyə bölün, kündələyin və unlayıb oxlovla 0,5 sm qalınlığında yayın. Yayılmış xəmiri ölçüsü 3x3sm olan dördkünclərə bölün. Hər dörküncün mərkəzinə bir çimdik ət qoyun. Dördküncü iki yerə qatlayıb uclarını birləşdirin. Hazır düşbərələri unlayın.
Qazanda suyu qaynadın. Duzlayın, düşbərələri əlavə edin və 12-16 dəq. ərzində orta odda bişirin. Alınan bulyona sarıkök əlavə edin.
Hazır düşbərəni boşqaba tökün və nanə və sirkə ilə servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, xəmir, qoyun, Hazır, bölün, Xəmir, sarıkök, düşbərələri, İçlik, dördkünclərə, ölçüsü, 3x3sm, dörküncün, çimdik, mərkəzinə, xəmiri, Yayılmış, unlayıb, servis, oxlovla
BİZİ İZLƏYİN