• Südlü badam şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7425

Tarix : 14.03.2017, 17:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Chef Mübariz




Tərkibi:
130 g qovrulmamiş badam
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı un
2 su stəkanı süd
3 su stəkanı su
duz
qara bibər
muskat (ədviyyat)

üzəri üçün:
yarım stəkan file badam
1 şirin çay qaşığı kərə yağı

Hazırlanması:
Badamları geniş bir qaba alıb üzərini örtəcək qədər qaynar su əlavə edib 15-20 dəqiqə gözlədin. Badamlar yumşalınca sudan çıxardıb qabıqlarını soyun. Qabıqlarını soyduğunuz badamın un halına gələnə qədər mətbəx robotundan keçirin. Kərəyağını bir qazanda əridib unu qoxusu çıxana qədər qovurun. Üzərinə un halına gətirdiyiniz badamı əlavə edib 2-3 dəqiqə daha qovurun. Üzərinə yavaş-yavaş südü əlavə edin və bir çırpıcı köməyiylə qarışdırın. Su, muskat rəndəsi, duz və qara bibəri əlavə edib qaynayana qədər qarışdıraraq bişirin. Qaynamağa başlayanda altını qısıb 5 dəqiqə daha bişirib ocaqdan alın. File badamı kərə yağında yüngül qovurub şorbanın üzərinə gəzdirin. İsti xidmət edin.

Nuş olsun!

Etiketlər: qədər, əlavə, qaşığı, dəqiqə, yavaş, badam, yemək, stəkanı, badamı, halına, qovurun, Üzərinə, muskat, bibəri, çıxana, qaynayana, rəndəsi, qarışdırın, qarışdıraraq, çırpıcı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN