• Əridilmiş pendirlə şorba resepti

Reseptin məlumatları Baxış sayı: 11 858

Tarix : 29-03-2017, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 baş soğan
1 yerkökü
1 diş sarımsaq
2 x.q. bitki yağı
4 kartof
100 q makaron
200 q əridilmiş pendir
duz
istiot

Hazırlanması:
Qazana 1 l su töküb ocağa qoyun.

Bitki yağında doğranmış soğan, sarımsaq və yerkökünü qovurun.

Su qaynayanda qovurduğunuz tərəvəzi qazana tökün. Makaronla kubik doğranmış kartofu əlavə edin.

Duz-istiot vurun. Təxminən 10 dəqiqə, kartof yumşalınca bişirin.

Pendiri xırda doğrayıb şorbaya qatın, qarışdıraraq 5 dəqiqə, pendir tam əriyənədək bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, pendir, istiot, soğan, kartof, bişirin, sarımsaq, doğranmış, Təxminən, əlavə, kubik, kartofu, vurun, xırda, qatın, qarışdıraraq, əriyənədək, şorbaya, doğrayıb, Pendiri
BİZİ İZLƏYİN