• Qatıqlı umac şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 086

Tarix : 31-03-2017, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 st. un
1 yumurta
8 st. su
1 x.q. kərə yağı
3 diş sarımsaq
1,5 st. qatıq
duz

üzərinə:
1 x.q. kərə yağı
pul bibər
nanə

Hazırlanması:
Unu yumurta, 1 çay qaşığı duz və bir neçə xörək qaşığı isti su ilə ovun, düyü böyüklükdə umac hazırlayın.

Bir qazanda su, kərə yağı, 1 ç.q. duz və doğranmış sarımsağı qaynadın. Taxta qaşıqla qarışdıraraq umacı əlavə edin. Xəmir yumşalanadək qarışdıraraq bişirin.

Bir kasada qatığı çalıb ehtiyatla şorbaya əlavə edin, qaynara düşənədək qarışdırın. Sonra ocaqdan götürün.

Başqa tavada kərə yağını əridin, pul bibər və nanə qatın. Şorbanın üzərinə gəzdirin.

Süfrəyə isti-isti verin. Soyuqdəymə zamanı umac şorbasının əvəzi yoxdur.

Nuş olsun!
Etiketlər: qarışdıraraq, yumurta, qaşığı, bibər, üzərinə, əlavə, tavada, yağını, Başqa, Sonra, düşənədək, qarışdırın, ocaqdan, götürün, Şorbanın, zamanı, şorbasının, əvəzi, yoxdur, Soyuqdəymə
BİZİ İZLƏYİN