• Ezo gəlin şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 16 906

Tarix : 1-04-2017, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1st.qırmızı mərci
1x.q.yarma
1x.q.düyü
1 baş soğan
2 diş sarımsaq
4x.q. duru yağ
1x.q.tomat
su və ya bulyon
1ç.q.duz
1ç.q.pul bibər
1x.q.tel əriştə
nanə
limon suyu

Hazırlanması:
Əvvəlcə mərci, yarma və düyünü qazanda qaynadıb, suyunu süzün. Soğan və sarımsağı xırda-xırda doğrayıb, ayrı bir tavada qovurun. Üzərinə tomat əlavə edin. Ard-arda mərci, yarma və düyünü əlavə edib, üzərinə qaynar su tökün.

Suyu canına çəkdikcə yenidən su əlavə edin. Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin.

Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın.

Ocaqdan götürənə yaxın duz, nanə, pul bibər və tel əriştəni əlavə edib, ehmalca qarışdırın. Şorbanı qablara töküb, üzərinə limon sıxın.

Nuş olsun!
Etiketlər: əlavə, yarma, mərci, üzərinə, xırda, düyünü, qarışdırın, limon, ərzində, bibər, tomat, çıxarsa, dəqiqə, təxminən, üzünə, şorbanın, yığın, bişirin, müddət, götürənə
BİZİ İZLƏYİN