• Narşərablı yerfıstığı şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 126

Tarix : 15-08-2014, 00:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qəhvə fincanı bitki yağı
1 su st. döyülmüş yerfıstığı
2 x.q. un
1 x.q. tomat pastası
5 st. ət bulyonu
1 qəhvə fincanı narşərab
1 dəstə tərxun
zirə
duz
istiot

Hazırlanması:
Qazanda bitki yağını qızdırın, döyülmüş yerfıstığını qızaranadək qovurun. Un əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Tomat pastasını əlavə edin, 2-3 dəqiqə qarışdırın, 5 su stəkanı ət bulyonunu əlavə edin. 10-15 dəqiqə qaynadıqdan sonra narşərab, tərxun, zirə, duz, istiot vurub 1-2 dəqiqə qaynadıb ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, qovurun, istiot, narşərab, tərxun, fincanı, bitki, döyülmüş, qəhvə, stəkanı, pastasını, bulyonunu, qarışdırın, vurub, götürün, olsun, ocaqdan, qaynadıb, sonra
BİZİ İZLƏYİN