• Brokkoli şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 269

Tarix : 14-08-2014, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 l tərəvəz və ya toyuq bulyonu
1/3 st. düyü
duz
2 dəfnə yarpağı
bir neçə dənəvər qara istiot
0,5 baş soğan
2 kartof
1 yerkökü
250 q brokkoli
1 diş sarımsaq
1 x.q. cəfəri qurusu

Hazırlanması:
Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. Duz, dəfnə yarpağı, istiot, doğranmış sarımsaq və baş soğanın yarısını əlavə edin (bəziləri soğanı sevmirlər, o zaman soğanı doğramayın, şorbaya bütöv əlavə edin, bişdikdən sonra çıxarın).

Yerkökü və kartofu kubik doğrayın. Brokkolinin çiçəklərini ayırın. Tərəvəzləri bulyona əlavə edin. 20 dəqiqə, qazanın qapağı bağlı olmaqla vam odda bişirin. Tərəvəzlər yumşalınca şorba hazır olur.

Sonra cəfəri qurusu səpib ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: əlavə, qurusu, cəfəri, soğanı, istiot, yarpağı, sarımsaq, dəfnə, qapağı, qazanın, dəqiqə, bulyona, ayırın, kubik, kartofu, doğrayın, Brokkolinin, çiçəklərini, Tərəvəzləri, Tərəvəzlər
BİZİ İZLƏYİN