• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 5 382

Tarix : 5-04-2017, 20:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
Xəmir üçün:
3 st un
1 yumurta
1/2 ç.q duz
Təxminən 1 st su

Yuxaları yaymaq üçün:
2-3 x.q un

İçlik üçün:
250-300 q soğanla çəkilmiş qoyun əti (250-300 qr ət ilə 1 ədəd balaca
baş soğanı maşından keçirin)
Duz

Suyu üçün:
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
4 l su ya da ət bulyonu
Duz (zövqə görə)
İstiot (zövqə görə)
Nanə qurusu (ya da təzə keşniş)

Hazırlanması:
Unu ələyib duz səpib yumurtanı sındırırıq və sudan töküb əvvəl qaşıqla sonra əlimizlə
qarışdırıb normal xəmir yoğururuq. Xəmirdən 3 kündə düzəldirik. Nazik yuxadan bir az qalın yuxa yayırıq. 2×2 sm qalınlıqda kvadratlar kəsib 2-3 q içlikdən qoyub şəkildəki kimi bükürük. 3 yuxanın üçünü də yayıb kəsib içlik qoyub bükürük. Soğanı doğrayıb duz səpib yağda qızılı rəngdə olana qədər qızardırıq. Qızardılmış soğanın üstünə suyu (bulyonu) əlavə edib duzunu tökürük. Su (bulyon)
qaynayanda bükdüyümüz düşbərələri tez-tez tək-tək suya tökürük. Tökdükcə
qarışdırırıq ki, bir birinə yapışmasın. Duzuna bir də baxırıq. 15-20 dəqiqə qaynadırıq. Hazır olana yaxın nanə qurusunu əlavə edirik. Zövqə görə düşbərəni süfrəyə verəndə
yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır)

Qeyd: Əgər bulyon yoxdursa yeməyiniz daha da dadlı olmasını istəyirsinizsə, düşbərələri
tökəndən sonra hazır quru bulyondan bir ədəd ovub tokə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bulyonu, tökürük, kəsib, zövqə, bulyon, sonra, səpib, düşbərələri, əlavə, sirkə, bükürük, qoyub, olana, qarışdırırıq, Tökdükcə, birinə, Duzuna, rəngdə, baxırıq, yapışmasın
BİZİ İZLƏYİN