• Küftə bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 6 812

Tarix : 5-04-2017, 21:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 150 q qoyun əti
15 q düyü
20 q təzə alça yaxud 10 q alça qurusu
25 q noxud (iri)
150 q kartof
yarım baş soğan
zəfəran
döyülmüş istiot
quru nanə
duz

Hazırlanması:
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir və yumşaq ət baş soğanla birlikdəət çəkən maşından keçirilir. Sonra ətə duz və döyülmüş istiot qatılır. Düyü arıtlanıb yuyulub və çəkilmiş ətə qatılaraq qarışdırılır. Sonra adambaşına 1-2 küftə hazırlanır. Hər küftənin içərisinə 1-2 ədəd yuyulmuş alça qurusu qoyulur. Küftə bişəndə dağılmasın deyə, xörəyin duz normasının çox hissəsini küftələrə vurmaq lazımdır.

Çəkilmiş ətdən küftə hazırlayarkən əlləri suda islatmaq məsləhət görülür.

Hazır bulyon narıngöz metal süzgəcdən süzülür və yenidən qaynamaga qoyulur. Bulyon qaynadıqda içinə əvvəlcədən isladılmış noxud tökülür və bişirilir. Sonra bulyona əvvəl küftələr, biraz keçir sonra kartof, narın doğranmış soğan əlavə edilir. Xörəyin hazır olmasına bir az qalmış ona duz, istiot və zəfəran şirəsi vurulur.

Küftə-bozbaş süfrəyə kasada verilir və üzərinə nanə qurusu səpilir. Xörəyin yanına ayrıca boşqabda soyulmuş baş soğan və sumaq qoyulur.

QEYD: küftə-bozbaş bir küftədən və ayrıca ət tikəsindən də ibarət ola bilər.

Nuş olsun!
Etiketlər: istiot, bozbaş, küftə, Sonra, soğan, Küftə, qurusu, qoyulur, bişirilir, Xörəyin, adambaşına, ayrıca, bulyon, zəfəran, noxud, kartof, döyülmüş, biraz, keçir, sonra
BİZİ İZLƏYİN