• Ətli dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 4 681

Tarix : 5-04-2017, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
Göstərilən tərkib hər pay üçün nəzərdə tutulub (adambaşına)
100 q qoyun əti
200 q qatıq
20 q düyü
15 q noxud
10 q buğda unu
1 ədəd yumurta
1 baş soğan
ıspanaq, keşniş, dağ keşnişi, nanə, yarpız, şüyüd, kərəviz və kəvər hərəsindən 1 dəstə
duz.istiot

Hazırlanması:
Yumşaq qoyun əti baş soğanla birlikdə ətçəkən maşından keçirilir, ədviyyat qatılaraq 15 qramlıq xırda küftəciklər hazırlanır və bişirilir. Noxud arıtlanıb 3-4 saat ərzində soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta və un bir birinə qatılaraq çalınır. Qatığın çürüməməsi üçün arasıkəsilmədən bir qaydada qaynara düşənə kimi bulaya-bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftəciklər də əlavə olunaraq hamısı birlikdə bişirilir. Sonra bura xırda doğranmış göyərti və duz əlavə edilərək bişirilir.

İlin mövsümündən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: bişirilir, bulaya, birlikdə, qatılaraq, küftəciklər, soyuq, yumurta, xırda, əlavə, qoyun, qatıq, noxud, halda, süfrəyə, qaydada, olaraq, qaynara, arasıkəsilmədən, verilə, bilər
BİZİ İZLƏYİN