• Dovğa (ətsiz) resepti

Reseptin məlumatları Baxış sayı: 7 074

Tarix : 6-04-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
Hər payına 200 q qatıq
10 q yağ
5 q buğda unu
10 q düyü
1 yumurta
ıspanaq, keşniş, dağ keşnişi, nanə, yarpız, şüyüd, kərəviz və kəvər hərəsindən 1 dəstə
25 q noxud
duz

Hazırlanması:
Noxud arıtlanıb 3-4 saat ərzində soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta və un bir birinə qatılaraq çalınır. Qatığın çürüməməsi üçün arasıkəsilmədən bir qaydada qaynara düşənə kimi bulaya-bulaya qarışdırılır. sonra buraya yarı bişmiş noxud əlavə olunur. Dovğanın hazır olmasına az qalmış üzərinə doğranmış göyərtilər, yağ, duz əlavə olunub bişənə qədər qaynadılır.

Hazır dovğanın tamı turşməzə olmalı həmdə keşniş və şüyüd ətri gəlməlidir.

QEYD: Dovğa noxudsuz da bişirilir.

Nuş olsun!
Etiketlər: bişirilir, əlavə, noxud, keşniş, şüyüd, bulaya, qatıq, yumurta, olmasına, qalmış, doğranmış, üzərinə, Dovğanın, buraya, bişmiş, olunur, sonra, hazır, qədər, həmdə
BİZİ İZLƏYİN