• Parça-bozbaş resepti

Reseptin məlumatları Baxış sayı: 8 313

Tarix : 6-04-2017, 17:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 150 q qoyun əti
15 q quyruq
100 q kartof
30 q noxud
heyva
təzə alça və ya alça qurusu(mövsümdən asılı olaraq alça əvəzinə pomidor olar)
şabalıd
yarım baş soğan
şüyüd
sarıkök və ya zəfəran
quru nanə
sumax
duz/istiot

Hazırlanması:
Parça-bozbaş da piti kimi bişirilir, lakin bir neçə payı ümumi qabda bişirilir. Burada adambaşına 2-3 tikə qoyun əti götürülür.Arıtlanmış noxud qabaqca 3-4 saat soyuq suda isladılır. Ət və noxud qazana qoyulur, üzərinə soyuq su əlavə edilib bişirilir.Üstünə çıxan kəfi alınır. İçinə doğranmış baş soğan, habelə xörəyin hazır olmasına bir az qalmış soyulmuş və doğranmış kartof əlavə edilir.

Şabalıd əvvəlcə yarılıb azacıq duzlu suda bişirilir və qabığı soyulub bulyona salınır. Bundan sonra xörəyə dilim şəklində doğranmış heyva, yuyulmuş alça, yaxud alça qurusu və döyülmüş sarıkök, yaxud zəfəran şirəsi qatılır. Xörək hazır olana yaxın zövqə görə içinə xırda-xırda doğranmış quyruq əlavə edilir. Mövsümdən asılı olaraq xörəyə alça qurusu əvəzinə soyulmuş pomidor da qatmaq olar.

Xörək süfrəyə veriləndə üzərinə quru nanə səpilir və yanına ayrıca qabda soyulmuş baş soğan və sumaq qoyulur.

Nuş olsun!
Etiketlər: bişirilir, doğranmış, soğan, qurusu, noxud, əlavə, soyulmuş, hazır, xırda, qabda, Xörək, qoyulur, üzərinə, adambaşına, soyuq, yaxud, xörəyə, edilir, əvəzinə, zəfəran
BİZİ İZLƏYİN